Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə apardığı əməliyyatların dəyəri azalıb

147

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2,4 mln. və ya 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

SosialMedia.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın 2019-cu ilin oktyabr sayında deyilir.

Bu ilin sentyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 20,8% artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 106,2 mln. manat təşkil edib.

Ümumilikdə isə 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 969 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 3,3% azdır.