Əlilliyi olan şəxslər üçün onlayn şəkildə “MS Office” tədrisi həyata keçiriləcək

360

“İNNAB” Peşəkar İnkişaf Platforması korporativ sosial məsuliyyəti çərçivəsində bir çox layihələrə imza atmış və müxtəlif kateqoriyadan olan şəxslər bu imkandan ödənişsiz şəkildə faydalanmışdır.

SosialMedia.az-ın məlumatına görə Növbəti korporativ sosial məsuliyyət çərçivəsində “İNNAB” Peşəkar İnkişaf Platforması əlilliyi olan şəxslər üçün onlayn şəkildə “MS Office” tədrisini həyata keçirəcəkdir.
Layihənin davam etmə müddəti və saatı: Ümumilikdə 1 ay ərzində, həftədə 2 dəfə olmaqla. Hər dərsin müddəti 2 saat miqdarında olacaqdır.
Layihənin tədris forması: Onlayn şəkildə
Layihədən faydalanacaq şəxslərin sayı: 8-10 arası iştirakçı

Layihədə iştirak üçün kompüterin, kameranın və internetin olması vacibdir.
Layihədə iştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir: http://bit.ly/2W9T3iq
Qeyd: Qeydiyyat formunda həmçinin şəxsiyyət vəsiqəsinin ön üzü aydın şəkildə çəkilərək yerləşdirilməlidir.

Ətraflı məlumat üçün:
Tel: 050 290 61 21; 012 594 01 94
E-poçt: contact@innab.org
Ünvan: Caspian Plaza, 1-ci korpus 12-ci mərtəbə