Sumqayıtda avtomobilin vurduğu dalandar qadın ölüb

297

Sumqayıtda təmizlik işçisini avtomobil vuraraq öldürüb.

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsində Novxanı yolunda qeydə alınıb.

Ərazidə təmizlik işləri aparan dalandar -1979-cu il təvəllüdlü Səbiyeva Həcər Sabər qızını avtomobil vuraraq öldürüb.

Meyit müayinə üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.