Bakı kəndlərinə avtobuslar sabahdan Atletlər kəndinin qarşısından hərəkət edəcək

105

Noyabrın 9-da səhər saatlarından Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq.

Bu barədə SosialMedia.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, ətraf kənd və qəsəbələr, eləcə də digər müvafiq istiqamətlər üzrə marşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.