​​​​​​​İranın Şərqi Azərbaycan əyalətində zəlzələdə xəsarət alanların sayı 529 nəfərə çatıb

22

İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələdə 500-dən çox insan yaralanıb.

SosialMedia.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, zəlzələ nəticəsində xəsarət alanların sayı 529 nəfərə çatıb.

Qeyd edək ki, noyabrın 7-də saat 02:17-də Şərqi Azərbaycan əyalətinin Miyanə şəhəri yaxınlığında baş vermiş 5.9 bal gücündə olan zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 62 km dərinlikdə olub. Zəlzələ nəticəsində 6 nəfər həlak olub.

Xatırladaq ki, zəlzələ Azərbaycanın İranla sərhəd rayonlarında da hiss edilib.