Sumqayıtda yol qəzasında ağır xəsarət alan 16 yaşlı qız ölüb

17

Yol qəzasında ağır xəsarətlər alan piyada xəstəxanada ölüb.

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhərinin 41-ci məhəlləsində yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri alan şəhər sakini, 2003-cü il təvəllüdlü Babayeva Jalə Aydın qızı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 16 yaşlı qız oktyabrın 14-də  Sumqayıt şəhərində qəza zamanı  ağır xəsarət alıb. O, Bakıda xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq J. Babayeva bu gün vəfat edib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.