Yevlax sakini olan gənc qadın Bakıda klinikada doğuş zamanı ölüb

281

Doğuş zamanı ana ölümü faktı qeydə alınıb.

SosialMedia.az-ın Mingəçevir bürosunun məlumatına görə, 23 yaşlı Yevlax rayon Tanrıqulular kənd sakini Gülanə Həmzəyeva Bakıda klinikalardan birində qız uşağı dünyaya gətirib.

Ancaq ana doğuş zamanı həyatını itirib.

Qeyd edək ki, bu, G. Həmzəyevanın ikinci övladıdır.

Faktla bağlı araşdırma aparılır.