Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək ölüb, cinayət işi başlanıb – RƏSMİ

30

Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək ölüb.

Bakı şəhər Prokurorluğundan SosialMedia.aza verilən məlumata görə, noyabrın 11-i səhər saat 08 radələrində 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər”də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğuna tapşırılıb.