Jurnalistlər əlilliyi olan şəxslərdən necə yazmalıdılar

379

Beləcə çoxdan planlaşdırdığımız təlimimizə start verdik. Biz jurnalistlər üçün vacib olan məsələ tək hər hansı mövzu üzrə işləmək yox, əsas onu necə təqdim etməkdir. Təlimimizdə də məhz bu vacib məqama -əlilliyi olan insanlarla bağlı jurnalist məhsullarını necə hazırlamalıdır sualına cavab tapmağı hədəfləmişdik..

Biz axı əlilliyi olan inşalardan yazanda, onlardan video çəkəndə çox halda yardım, problem qaldırmaq əvəzinə onları incidəcək kəlmələr işlədirik, səhv yanaşmalar təqdim edirik …bu bəzən bilərək də olmur. Təlim təşkilatçısı Cəsarət Hüseynzadə jurnalistləri sosial problemlərdən danışanda, yazanda diqqətli olmağa çağırdı.
Bu diqqəti isə öyrənərək, dinləyərək əldə edə bilərik, lap təlimlərdə olduğu kimi.

Təlimçi Ekspert Sahib Məmmədov tək mediada deyil, cəmiyyətdə əlilliyin dərk olunması məsələsini aradan qaldırmağı tövsiyə etdi.
Biz əlilliyi olan insanları başqalarından ayırmaq yox, hamı üçün bərabər imkanlar yaratmalıyıq.
Təlimimizi maraqlı edən qarşılıqlı müzakirələrdi. Kimi əlilliyin dərkində stereotipləri pislədi, kimi medianın qeyri-peşəkarlarını, kimi də baş redaktorların məlumatsızlığını, səriştəsizliyini səbəb gətirdi.

Təlimçi Ekspert Aydın Xəlilov sosial reklamların azlığından gileyləndi. Video məhsulları necə hazırlayaq ki, həm effektiv həm də həlledici olsun. Bu sualın cavabını da təlimdə tapa bildik. Nəhayət, cəmiyyət, media, jurnalistlər də bizimdir, demək problemlər də bizimdir, birgə də həll etməliyik.