OBA marketlərdə endirimli “Təmzilik həftəsi” kampaniyası başlayıb

237

OBA marketlər şəbəkəsi təmizlik vasitələrinə 20%-dək endirimlərin tətbiq olunduğu həftəlik kampaniyaya start verib.

Yuyucu toz, qabyuyan maye, ağardıcılar, səth təmizləyici, sabun, diş məcunu və pastası, mətbəx və tualet salfetləri kimi vasitələri bu həftə demək olar ki, maya dəyəri qiymətinə satılır.

Zatən hər zaman məhsullarını endirimlə təqdim edən şirkətin bu cür əlavə endirimli kampaniya keçirməsinin məqsədi OBA-nın təmizlik vasitələri üzrə şəxsi markaları olan “Lovbe”, “Sunday” adlı məhsullarını tanıtmasıdır.

Əhali yalnız OBA marketlərdə satılan həmin məhsulları ən endirimli qiymətlərlə alıb yoxlayaraq, keyfiyyətinə əmin olacaq.

Şəxsi markalarla yanaşı digər supermarketlərdə satılan məşhur brendlər də endirimli “təmizlik həftəsi” kampaniyasına daxil edilib.

Azərbaycanda ilk “discount market” (endirimli market) şəbəkəsi olan OBA müştərilərinə keyfiyyətli məhsulları daha uyğun qiymətə təqdim edərək, digər marketlərə nisbətdə qiymətdə 10-25% daha ucuzdur. Burada digər marketlərdə təqdim olunan brend məhsulların daha uyğun qiymətə təklif olunması ilə yanaşı OBA-ya aid şəxsi marka məhsullar da satılır. Şəxsi markalar OBA-nın sifarişi ilə Azərbaycanın tanınmış, ən etibarlı müəssisələrində, eyni zamanda Türkiyədə, Rusiyada, Ukraynada, Hindistanda, Şri-Lankada, Almaniyada, Belarusda və digər ölkələrdə fəaliyyət göstərən beynəlxalq  şirkətlər tərəfindən istehsal edilir.