Deputat: “Məcburi köçkünlər üçün mənzil tikintisinə 200 milyon manat vəsait ayrılıb”

118

“Bu il əlil və şəhid ailələrinə 934 mənzil veriləcək. Gələn il dövlət büdcəsindən isə həmin kateqoriyadan olan insanlar üçün mənzil tikintisinə 110 milyon manat vəsait ayrılıb”.

SosialMedia.az-ın xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.

Deputatın sözlərinə görə, tanıdığı 20 Yanvar əlilləri var ki, onlar indiyə qədər mənzil ala bilməyiblər: “Nə qədər adam mənzil almaq üçün növbədə durub”.

Q.Həsənquliyev onu da deyib ki, məcburi köçkünlər üçün mənzil tikintisinə 200 milyon manat vəsait ayrılıb: “Bu insanlar ev-eşiyini itiriblər. Onlar nə qədər növbə gözləməlidirlər? Birinci vitse-prezident Mehriban Əliyeva çox sağ olsun ki, onun təşəbbüsü ilə məcburi köçkünlər üçün böyük bir kompleks tikildi”.