Təhsil ocaqlarında Azərbaycanın Milli Qəhrəmanlarının guşələri yaradıldı

1817

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxsləri gənclər arasında təbliğ etməklə, hər bir gənc özünün gələcək işində və həyatında Milli Qəhrəmanların qəhrəmanlıq səlnamələrindən nümunə götürmələrinə nail olmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsdəyi ilə həyata keçirtdiyi “Təhsil ocaqlarında Azərbaycanın Milli Qəhrəmanlar guşələrinin yaradılmasına ictimai dəstək” layihəsi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanlarının foto şəkillərindən ibarət baner üzərində 230 x 270 ölçüdə plakatlar çap etdirərək Təhsil Nazirliyinin razılığına əsasən Bakı şəhərinin Sabunçu, Nərimanov, Respublikamızın Goranboy, Lənkəran və Qusar rayonlarında olan təhsil ocaqlarını əhatə etməklə ümumilikdə 87 orta təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı guşələrin yaradılmasını həyata keçirtmişdir.

SosialMedia.az xəbər verir ki,Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsdəyi ilə bir neçə ildir ki, bu istiqamətdə həyata keçirtdiyi layihələrin sayəsində Respublikamızın müxtəlif rayonlarını təmsil etməklə ümumilikdə 400 yaxın orta təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı guşələrin yaradılmasına nail olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsdəyi ilə həyata keçirtdiyimiz “Təhsil ocaqlarında Azərbaycanın Milli Qəhrəmanlar guşələrinin yaradılmasına ictimai dəstək” layihəsi çərçivəsində təhsil ocaqlarında yaradılan “Azərbaycanın Milli Qəhrəmanları” adlı guşələrin sayəsində Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə böyük rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş 215 Milli Qəhrəmanlarımızı gənclər arasında təbliğat olunmasında böyük rol oynaması ilə yanaşı yeniyetmə və gənclərin vətənimizin layiqli vətəndaşı, Torpaqlarımızın qəhrəman müdafiəçiləri olması üçün onların vətənpərvər ruhda böyümələrinə böyük dəsdək olacaqdır.

Belə bir guşələrin yaradılmasında Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinə maddi dəsdək göstərən daim bizim lahiyələrimizi qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəsdəyi ilə bütün təjhsil ocaqlarında Azərbaycanın Milli Qəhrəmanlarının guşələrinin yaradılmasına nail olacağıq.
Bu layihələri həyata keçirtməkdə birliyə daim dəsdək duran Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və kollektivinə Milli Qəhrəman ailələri adından dərin minnətdarlığımızı bildiririk.