“20 Yanvar” metrostansiyası yaxınlığında kişi meyiti tapılıb

604

Bakıda ölüm hadisəsi baş verib.

SosialMedia.azın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Metronun “20 Yanvar” stansiyası yaxınlığında kişi meyiti tapılıb.

Aparılan araşdırmalar nəticəsində onun 1938-ci il təvəllüdlü Mustafayev Adil Həsən oğlu olduğu məlum olub.

Adil Mustafayevin ölüm səbəbi araşdırılır.