Sabahın hava proqnozu

111

Bakıda və Abşeron yarımadasında noyabrın 23-də arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SosialMedia.az-a verilən xəbərə görə, havanın temperaturu  Abşeron yarımadasında gecə və gündüz 2-6, Bakıda gecə və gündüz 3-5 dərəcə isti təşkil edəcək. 

Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 23-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.