QHT-lərə Dövlət Dəstəyi Şurası birgə qrant müsabiqələri ilə bağlı məlumatlandırma sessiyaları təşkil edir – ELAN

297

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası elan etdiyi birgə qrant müsabiqələri ilə bağlı məlumatlandırma sessiyaları təşkil edir. Müraciət edəcəyiniz qrant müsabiqəsi ilə bağlı müvafiq sessiyasıda iştirak etməyə sizi dəvət edirik:

25 noyabr

1. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi – saat 11:00. Agentliyin inzibati binasının “Mingəçevir” iclas zalı.Bakı şəhəri, Lev Tolstoy küçəsi, 170

2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi – saat 15:00. Aqrar Tədqiqatlar Mərkəzinin inzibati binası.Bakı şəhəri,Səbail rayonu, Nizami küçəsi 92, Fransa-Azərbaycan İnistitutu ilə üzbəüz

26 noyabr

1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi – saat 11:00. Milli Kitabxananın binası. Bakı şəhəri, Xaqani küçəsi, 31

27 noyabr

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi – saat 11:00. Mərkəzin inzibati binası.Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 89

28 noyabr

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi saat 11:00. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin inzibati binası. Bakı şəhəri, Azadlıq prospekti 161

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – saat 15:00. DOST Agentliyinin inzibati binası. Bakı şəhəri, İsmayıl Qutqaşınlı keçəsi, 86)

3. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – saat 15:00. Komitənin inzibati binası.Bakı şəhəri, Moskva prospekti 57

29 noyabr

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi – saat 15:00.Keçmiş Vergilər Nazirliyinin binası. Landau küç. 16

2. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – saat 15:00. Komitənin inzibati binası.Bakı şəhəri, Əhməd Cavad kücəsi 16

Digər qrant müsabiqələri ilə bağlı təşkil olunacaq məlumatlandırma sessiyaları haqqında əlavə məlumat veriləcək.