İşlətmirəm, Sənin Olsun

530

Facebookda yenicə fəaliyyətə başlamış bu qrup insanlarımızın ciddi marağına səbəb olub. Faydalı sosial layihələri ilə tanınan “Progress Club” tərəfindən həyata keçirilən bu layihə bütün dünyada “freecycle” olaraq bilinən prinsipə əsaslanmaqdadır. Qrup üzvləri istifadə etmədikləri istənilən əşyanın şəklini və qısa məlumatını paylaşaraq onları istəyən digər şəxslərə pulsuz olaraq təklif edirlər. Qrupda kitablar, geyim əşyaları, müxtəlif məişət avadanlıqları, mobil telefonlar, elektron əşyalar, hətta ev heyvanları və s. şeylər pulsuz paylaşılmaqdadır. Bu pulsuz və təmənnasız yardımlaşma sayəsində qrup üzvləri arasında indidən maraqlı bir dost aurası yaranıb və get-gedə daha da güclənməkdədir. Üzv sayı çox qısa zamanda 10.000-i keçən bu qrup bütün sosial şəbəkə istifadəçiləri arasında sevilməyə və müzakirə edilməyə başlanılıb.