Azərbaycandakı sığorta şirkətlərinin ödənişləri üzrə renkinqi – TOP-10

143

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar-oktyabr ayları üzrə sığorta şirkətlərinin göstəricilərini açıqlayıb.

SosialMedia.az şirkətlərin həyata keçirdikləri sığorta ödənişləri üzrə renkinq hazırlayıb. Siyahının ilk üçlüyünə “Paşa Həyat Sığorta”, “Paşa Sığorta” və “Atəşgah Sığorta” daxil olub.

Ümumilikdə, hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən sığorta ödənişlərinin həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 9,5% artaraq 225,5 mln. manat təşkil edib.

Sığorta şirkətlərinin sığorta ödənişləri üzrə renkinqi:

#

Şirkət

Yanvar-sentyabrda etdiyi sığorta ödənişlərinin həcmi, min AZN

1

Paşa Həyat Sığorta

 74 393,4

2

Paşa Sığorta

43 645,5

3

Atəşgah Sığorta

16 383,3

4

Azərsığorta

13 013,7

5

Xalq Sığorta

12 616,9

6

AtaSığorta

12 473,2

7

Atəşgah Həyat Sığorta

10 794,2

8

A-Group Sığorta

6 662,0

9

Qala Həyat Sığorta

6 045,1

10

İpək Yolu Sığorta

5 994,6