Bakıda küçədə meyit tapılıb

26

Bakının Yasamal rayonunda küçədə kişi meyiti tapılıb.

SosialMedia.az-ın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs rayon sakini, 1993-cü il təvəllüdlü Nəzərov Şaiq Mirzağa oğludur.

Meyitin ilkin müayinə zamanı isə onun narkotikdən zəhərləndiyi bildirilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.