Gənc güllə atıcımız açıq Tbilisi çempionatında gümüş medal qazanıb

26

Azərbaycanın gənclərdən ibarət güllə atıcılığı üzrə komandası açıq Tbilisi çempionatında 1 medal qazanıb.

SosialMedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, komandamızın üzvü Vladislav Kalmikov 10 metr məsafəyə atəşaçma yarışında 556 xalla gümüş medala layiq görülüb.

Qeyd edək ki, bundan əvvəl böyüklərdən ibarət komandamızın üzvləri Nigar Nəsirova qızıl, Ruslan Lunyov gümüş, paralimpiyaçı Kamran Zeynalov bürünc medal qazanıblar.

Qeyd edək ki, Kamran Zeynalov “Əlilliyi OLan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin üzvüdür.