Hava yağmursuz keçəcək, duman olacaq

23

Bakıda və Abşeron yarımadasında dekabrın 1-də hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.

ETSN-dən SosialMedia.az-a verilən məlumata görə, havanın temperaturu  gecə 8-10°, gündüz  12-15° isti, Bakıda gecə 8-10°, gündüz  13-15°  isti olacaq.

Atmosfer  təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.   

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacaq.