Əfqanıstanda terror aktı törədilib, ordu generalı ölüb

164

Əfqanıstanın cənubunda partlayış nəticəsində ordu generalı ölüb.

SosialMedia.az-ın “Amerikanın səsi”nə istinadən verdiyi məlumata görə, terror aktına görə məsuliyyəti “Taliban” Hərəkatı öz üzərinə götürüb.

Hadisə Hilmənd əyalətində baş verib. Sərhəd birləşməsinin komandanı general Zahir Gül Mukbil jurnalistlərlə birgə əyalətin Marca rayonuna səfər edib. Partlayış nəticəsində general həyatını itirib, yerli “Şamşad” telekanalının müxbiri də daxil olmaqla, 4 nəfər yaralanıb.

“Taliban” isə partlayış nəticəsində generalın 2 mühafizəçisinin də öldüyü barədə məlumat yayıb.