QHT Sumqayıtda 2019 cu fəaliyyət ili üzrə hesabat yığıncağı keçirdi

104

SosialMedia.az xəbər verir ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi (Az. QMƏVŞA İB ) Sumqayıt şəhər filialının 2019 cu fəaliyyət ili üzrə hesabat yığıncağı keçirilmişdir.

Tədbir Ulu Öndər Heydər Əliyevin heykəli önünə yığıncaq iştirakçılarından bir qrupunun iştirakı ilə gül dəstələri qoyulmaqla başladı. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Yığıncaqda Az. QMƏVŞA İB sədri Mehdi Mehdiyev, Sumqayıt şəhər icra hakimiyyətinin məsul nümayəndəsi Fərman Kazımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsinin rəisi Natiq Qarayev , Ağsaqqallar şurasının Sumqayıt şəhər təşkilatının sədri Müzəffər Gülümov , Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt şəhər filialının sədri Sovet Şükürov, Sumqayıt şəhər Təhsil Şöbəsinin məsul şəxsi Cəmilə Fəyyaz, Qırmızı Aypara cəmiyyətinin Sumqayıt şəhər filialının sədri Mətanət Məhərrəmova, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək ictimai birliyinin sədri Səbinə Kərimova, Çernobıl ictimai birliyinin Sumqayıt şəhər filialının, “ ÜLFƏT ” Əlillərin Sosial Problemlərinə Yardım ictimai birliyinin və Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sumqayıt şəhər filialının sədrləri və ictimai birliyin 120 nəfər üzvü iştirak etmişdir.

Az. QMƏVŞA İB Sumqayıt şəhər filialının 815 bəfər üzvü vardır. Hesabatı filialın sədri Tərlan Hacı-zadə məruzə etdi. 2019 cu fəaliyyət ili üzrə hesabat məruzəsində təqdim olunan tədbirlər SLAYD – ŞOU şəklində yığıncaq iştirakmılarına təqdim olundu. Qonaqlar söz alaraq, hesabata öz müsbət rəylərini bildirdilər. Sonda xatirə şəkilləri çəkdirildi.