Azərbaycanda bank müştərilərinin sayı ilin əvvəlindən 24% artıb

153

Bu ilin noyabrın 1-nə Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 122 004 nəfər artaraq 7 845 360 nəfər təşkil edib.

SosialMedia.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə,  müştərilərin 7 726 983 nəfəri fiziki, 118 377 nəfəri hüquqi şəxslərdir. Oktyabr ayı ərzində fiziki şəxslərin sayında 120 219 nəfər, hüquqi şəxslərin sayında isə 1 785 nəfər artım qeydə alınıb.

Ayrıca bu müddətdə bank müştərisi olan fərdi sahibkarların sayında da artım olub. Belə ki, bu kateqoriyadan olanların sayı 33 236 nəfər artaraq 346 970 nəfərə çatıb.

Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə bank müştərilərinin sayı 1 509 955 nəfər və ya 23,8% artıb.