Oğuzda yol qəzasında 6 nəfər xəsarət alıb

22

Oğuz rayonunda yol qəzası baş verib.

SosialMedia.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Hyundai” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, hazırda onların müayinəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.