Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olundu

36

SosialMedia.az xəbər verir ki, Amerikada yaşayan həmyerlimiz Nəimi Amiral Amerika ordusunda yüksək vəzifəyə təyin olunub.

Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrində xidmət edən “Con” ləqəbli komandir, həmyerlimiz Nəimi Amiral Pentaqonda ABŞ Dəniz Qüvvələrinin Baş Ofisində Avropa və NATO Əlaqələri şöbəsinə rəhbərlik edəcək.

Bu barədə diaspora üzrə araşdırmaçı-ekspert, Nəimi Amiralın dostu Elnur Eltürk məlumat verib.

Həmyerlimizin namizədliyini ABŞ Senatı 2019-cu il 22 noyabrın 22-də təsdiq edib.