Parlament buraxıldı, növbədənkənar seçki təyin edildi – Prezidentdən sərəncam

38

Prezident İlham Əliyev Milli Məclisin beşinci çağırışının buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

SosialMedia.az AZƏRTAC-a istinadla xəbər verir ki, sərəncama əsasən, Milli Məclisin beşinci çağırışı buraxılıb.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.