MSK “Exit-poll” keçirmək üçün müraciət edən təşkilatların akkreditasiyası barədə yanvarın 30-dək qərar qəbul edəcək

147

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri 2020-ci il yanvarın 20-dək qəbul edəcək.

SosialMedia.az-ın məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiq edilən Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.

MSK “Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə 2020-ci il yanvarın 30-dək qərar qəbul edəcək.