“İncəsənət Terapiya Saatı” adlı sosial layihə başa çatdı

648

SosialMedia.az xəbər verir ki, “İncəsənət Terapiyası Saatı” adlı sosial layihə başa çatdı. “Evrika” Liseyində keçirilən tədbirdə idmançı, musiqiçi və digər bacarıqlara malik əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud gənclər iştirak ediblər. Məqsəd onların cəmiyyətə inteqrasiyasını təşviq etməkdir.
AGAT-ın sədri Maryam Tağıyeva-Zeynalova qeyd etdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin səfiri, psixoloq Ayan İsmayılova layihə iştirakçılarını salamlayaraq təlim haqqında ətraflı məlumat verdi. Bildirdi ki, dünyada yaşayan əlillərin dərdlərini, hisslərini bölüşmək hər kəsin vətəndaşlıq borcudur.

Daha sonra əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud gənclər vizual təfəkkürdən istifadə etməklə art terpiyasına başladılar. İştirakçılar hisslərini, təsəvvürlərini boya və digər avadanlıqlardan istifadə etməklə ifadə etdilər. Məqsəd ideal rəsm əsəri yaratmaq deyil, stress və zehni təziqi aradan qaldırmağın sirrlərini öyrənməkdir. Bu üsul tibbdə olduqca yeni bir sahədir. Halbuki sənət – onu seyr etmək və ya yaratmaq – uzun müddət şəfalı təsirlərə malikdir. Yəni onların yaradıcı qabiliyyətlərinin aşkar edilməsi – uşağın təbiətində olan yaradıcı keyfiyyətləri, istedadı inkişaf etdirən üsuldur.
Sonda iştirakçılara art terapiya ilə bağlı hədiyyələr təqdim olundu.