Bakıda daşınmaz əmlak noyabrda ucuzlaşıb

134

Bu ilin noyabr ayı ərzində Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında orta satış qiyməti 0,11% azalıb.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov SosialMedia.az-a bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə 4,84%, ilkin mənzil bazarında isə 1,57% azalma qeydə alınıb.

Yanvar-noyabr ayları üzrə daşınmaz əmlak bazarında qiymətlər ötən ilin analoji dövrü ilə müqayisədə 2,51%, o cümlədən ilkin mənzil bazarında 6,87% artıb. Təkrar mənzil bazarında isə 1,4% azalma qeydə alınıb.