Qəza törədən avtomobil qaz xəttini zədələyib

341

İmişli rayonunun Qaradonlu kəndində qəza törədən “Mercedes” markalı avtomobil diametri 108 mm olan orta təzyiqli, yerüstü qaz xəttini zədələyib.

“Azəriqaz” İB-dən SosialMedia.az-a verilən məlumata görə, hazırda Qaradonlu kəndində 120 abonentə qazın verilişi müvəqqəti olaraq dayandırılıb və təmir işlərinə başlanılıb.