AFFA “Sabah”la “Qəbələ”ni cərimələyib

42

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

SosialMedia.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş verənlər müzakirə olunub.

“Qəbələ” – “Sabah” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Qarşılaşmanın 90+3-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov 1 oyun cəzalanıb və klubunu 200 manat ziyana salıb.