Sabahdan seçiciyə qeydiyyatdan çıxma vəsiqəsi veriləcək

214

Sabahdan növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılacaq.

SosialMedia.az-ın xəbərinə görə, Seçki Məcəlləsinin 101.2–101.4-cü maddələrinə əsasən, səsvermə gününə 45–25 gün qalanadək müvafiq dairə seçki komissiyaları tərəfindən seçiciyə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılmalıdır.

Fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq dairə seçki komissiyaları tərəfindən seçiciyə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə 2019-cu il dekabrın 26-dan başlanılacaq və 2020-ci il yanvarın 15-dək davam edəcək.