Yol qəzalarında hadisə yerinə necə tez cataq? – tədbirlər planı hazırlandı

31

Bu gün “Excelsior Hotel”də “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023 Dövlət Proqramının müzakirəsi və Ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi”nə həsr olunmuş tədbir keçirilib.

SosialMedia.az xəbər verir ki, “Avtosfer.az” saytı və “Toyota”nın Azərbaycandakı rəsmi nümayəndəliyinin təşəbbüsü ilə baş tutan tədbirdə avtomobil eksperti Elməddin Muradlı, “Toyota”nın rəsmi nümayəndəsi Sabir Kazımzadə, sabiq deputat Çingiz Qənizadə, Bakı Şəhər Baş Yol Polisi İdarəsinin şöbə müdiri polkovnik Kamran Əliyev, BŞBYPİ-nin qərargah rəisi mayor Elvin.., Ekologiya Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə və bir sıra media nümayəndələri iştirak edib.

Əvvəlcə “Avtosfer.az” saytını baş redaktoru Elməddin Muradlı çıxış edərək, ekoloji təmiz avtomobillərin sayının artmasının və bunun üçün stimullaşdırıcı tədbirlərin görülməsinin vacib olduğunu bildirib. Daha sonra Ekologiya Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə köhnə maşınların faiz nisbətilə çox olduğunu bildirib. O, həmçinin Avropaya nisbətən Azərbaycanda avtomobillərin az olduğunu vurğulayıb. Şöbə müdiri hazırda hibrid avtomobillərin ƏDV-dən azad olunması barədə təklifə baxıldığını bildirib.

Bakı Şəhər Baş Yol Polisi İdarəsinin şöbə müdiri, polis mayoru Kamran Əliyev qəzadan sonra ilkin yardımın daha tez çatması üçün aidiyyatı qurumların birgə təlim keçirməsindən danışıb.