Dini dəyərlərin təbliği,radikal dini cərəyanlara qarşı gənclərin maarifləndirilməsi davam edir

326

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Qusar rayon İcra Hakimiyyəti və Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Qusar rayon üzrə nümayəndəliyinin təşkilatı dəstəyi ilə “Demokratik Gənclər” İctimai Birliyi tərəfindən “Dini dəyərlərin təbliği və radikal dini cərəyanlara qarşı gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində 7-8 dekabr 2019-cu il tarixində Sumqayıt şəhəriində və 17-18 dekabrda Qusar rayonunda 4 təlim həyata keçirilmişdir.

SosialMedia.az xəbər verir ki, təlimdə Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə, Qusar rayonunda Qusar Peşə Liseyi və 1 nömrəli tam orta məktəbdə gənc müəllim və şagirdlər üçün İnteraktiv təlim keçirilmişdir.
Təlim ekspert, təlimçi, layihənin rəhbəri Ramil Süleymanov, Aysel Dünyamaliyeva və Əli Məmmədov tərəfindən kerilmişdir, təlimdə dini dəyərlər,multikulturalizm, radikallıq onunla mübarizə və tolerantlıq haqqında ətraflı məlumatlar verilmişdir.

Layihənin məqsədləri – Sumqayıt,Gəncə şəhəri və Qusar rayon gənclərinin
– Yeni bilik və bacarıqların artırmaq;
– İslamın özəllikləri və onun fəlsəfəsi ilə tanış etmək
– Dini bacarıqlarını artırmaq
– Təhsilə həvəsləndirmək
– İslamın zorakı fanatik deyil onun barış gzəlliyi təblig edən bir din olması haqqında ətraflı bilgilər verməkdir.
Təlimlərdə ümumilikdə 280 nəfər gənc iştirak etmişdir.