İstedadlı əlillər QRAN-PRİ”-ni Azərbayana gətirdilər

507

İstedadlı Əlillər İctimai Birliyinin, Hemofiliyalı Xəstələrin Respublika Asossasiyasının təşkilatçılığı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Aysel Əlizadə və Mehrac Dünyamalıyev 19-24 dekabrda Ukraynada keçirilən “Sərhədsiz Dünya” Beynəlxalq musiqi, rəqs, incəsənət festivalında iştrak etmək üçün Ukraynanın Vinnisa şəhərinə göndərilmişdir.

SosialMedia.az xəbər verir ki,Festivalda Aysel Əlizadə vokal sənəti üzrə, Mehrac Dünyamalıyev isə instrumental sənəti üzrə birinci yerin qalibi oldular. Qaliblərimizi təbrik edirik, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Qeyd edək ki, bu ilin oktyabr ayında iştrakçəlarımız Gürcüstanda keçirilən IVERIA – DİAMOND -2019 əlillər üçün ilk beynəlxalq mahnı, rəqs və incəsənət festivalında da qalib olaraq “QRAN-PRİ”-ni Azərbayana gətirmişdilər. Bu səbəbdən gələn il ölkəmizdə əlilliyi olan şəxslər arasında “Odlar Yurdu” –Bakı 2020 Beynəlxalq musiqi, rəks, incəsənət festivalı təşkil olunacaq.