ƏSMİD İctimai Birliyi üzvüləri üçün Yeni il şənliyi təşkil etdi

512

Sumqayıt şəhərində fəaliyyət göstərən “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) “Nurcan” Əyləncə Mərkəzində “Dünya azərbaycanlılarının həmrəylik günü” və “Yeni il” bayramı ilə əlaqədar tədbir təşkil etdi .

SosialMedia.az xəbər verir ki,tədbiri giriş sözü ilə açan “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İB rəhbəri Səbinə Kərimova iştirakçıları salamladı və təşkilatın son bir ildə gördüyü işlər barədə hesabatını təqdim etdi. O,bildirdi ki, görülən işlər çoxdur və məqsəd əlilliyi olan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına dəstək verməkdir. Təşkilatın nizamnaməsində qeyd olunduğu kimi əlilliyi olan şəxslərin təhsilə,peşəyə cəlb olunması üçün bir sıra işlər görülür.

Bu il artıq təşkilatın 82 üzvü var və sayımız günü-gündən artmaqda davam edir. Görülən işlərin ən önəmlisi odur ki, il ərzində 60 –a yaxın təşkilat üzvü özünəməşqulluq proqramına cəlb olunub.Bir il müddətində saysız hesabsız tədbirlər,görüşlər təşkil olunub. İstedadlı təşkilat üzvülərinin sosial rifahının yaxşılaşdırılması üçün onların əl işləri satış sərgilərinə göndərilib. Bu il təşkilatın SosialMedia.az saytı yaradılıb və bu saytda əlilliyi olan gənclər faəliyyət göstərir.

Bildirdi ki, bu il artıq təşkilatın 3 yaşı tamam olur.Bu üç il ərzində təşkilat əlilliyi olan şəxslərin cəmiyyətə surətlə inteqrasiyasına nail ola bilib. Bu inteqrasiya hər sahədə bundan sonra da davam etdiriləcək deyə vurğulayıb. Tədbir maraqlı viktorinalar və musiqili qonaqların ifası ilə sona çatdı.