Könüllülük hərəkatına əlilliyi olan şəxsləri cəlb edən İlham Məhərrəmov

1173

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Könüllülük fəaliyyəti müxtəlif sahələrdə ola bilər: Əlilliyi olan şəxslərə , əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə kömək edilməsi , uşaqlar və gənclərlə işlərin aparılması ,ətraf mühitin mühafizəsi vəs istiqamətində ola bilər .

Könüllü fəaliyyətlə məşğul olan şəxs könüllü adlanır. Könüllü müəyyən səbəblərdən başqalarının xeyri üçün ödənişsiz olaraq işləyən şəxslərdir. Bu könüllülük hərəkatına əlilliyi olan şəxsləri cəlb etmək ideası və təməli o zaman fəaliyyət göstərən Arabaçı TVnin rəhbəri və hal hazırda Boccia İdman Federasiyasının baş katibi və baş məşqçisi olan İlham Məhərrəmov tərəfindən qoyulmuşdur .

Avropa oyunlarında könüllülük hərəkatına 30a yaxin əlilliyi olan şəxsləri cəlb edərək bu yolda könüllülük hərəkatını başlatmışdır . 17 gün ərzində 320 saat hər bir əlilliyi olan könüllü şəxslər canı gönüldən çalışmışdır . Bu hərəkat cənab prezident İlham Əliyevin diqqətindən yayınmamışdır. İlham Məhərrəmovun bu işinin uğurlu olduğunu vurğulamışdır .

Həqiqətən Avropa oyunlarını zamanı xarici vətəndaşlar dəfələrlə Azərbaycana gəlsələrdə əlilliyi olan şəxsləri görmədiklərini vurğulamışdılar . Bu hərəkat isə xarici vətəndaşlara Azərbaycanın sosial yönümlü demokratik dövlət olduğunu sübuta yetirdi .2020ci il cənab prezident İlham Əliyevin göstərişi ilə ” könüllülük ” ili elan edildi . Bu ildə İlham Məhərrəmovun rəhbərliyi altında üzərimizə düşəcək olan bu hərəkatı laiqincə davam etdirəcək .