Ümumtəhsil məktəblərinin vəzifələri artırılıb

196

Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

SosialMedia.az-ın məlumatına görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əlavə edilən yeni bəndə əsasən, ümumtəhsil məktəbi “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 27 iyun tarixli qanuna əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar. Nazirlər Kabineti də qanuna uyğun olaraq “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə müvafiq dəyişiklik edib.