“Apple”in səhmləri tarixi rekord vurub

21

“Apple” şirkətinin səhmləri cümə axşamı 2%-dən çox artaraq 309,63 ABŞ dollarlıq tarixi rekord səviyyəyə çatıb.

SosialMedia.az-ın “Forbes”a istinadən verdiyi məlumata görə, belə bir artımın başlıca səbəbi şirkətin Çin bazarında satışlarının 18% artması göstərilir. Məlumata görə, “Apple” ötən ilin dekabr ayında 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2,7 mln. daha çox “iPhone” satıb.

Ümumilikdə, 2019-cu il ərzində şirkətin səhmləri 86% artıb.