Sumqayıtda iki evdən 5,3 min dollar oğurlanıb

148

Sumqayıtda iki ev qarət edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 2 evdən ümumilikdə 5300 ABŞ dolları, 1 ədəd fotoaparat və 100 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Quliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.