“Ana Vətən” Partiyasının 10 üzvü deputatlığa namizəd oldu-FƏZAİL AĞAMALI, SƏBİNƏ KƏRİMOVA,JALƏ MÜTƏLLİMOVA …

914

Millət vəkili Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyasının (AVP) rəsmi namizədlərindən artıq 10-nun deputatlığıa namizədliyi təsdiqlənib.

SosialMedia.az xəbər verir ki,bu haqda Etikxeber.az-a açıqlamasında AVP sədrinin müavini Elçin Ağamalı bildirib.

Onun sözlərinə, partiyanın irəli sürdüyü 60 mamizəddən artıq 10-u müvafiq Dairə Seçki Komissiyaları (DSK) tərəfindən qeydə alınıblar.

O, deyib ki, qeyd alınanlar arasında AVP sədri Fəzail Ağamalı, sədrin müşaviri Jalə Mütəllimova, QHT təmsilçisi Səbinə Kərimova kimi tanınmışlar var.

“Eyni zamanda, xeyli sayda namizədimizin qeydə alınmasını gözləyirik. Onların imzalarına, sənədlərinə DSK-larda baxılır. Yəqin ki, namizədlərimizin sırası bir xeyli də genişlənəcək”-deyə, E. Ağamalı sözlərinə əlavə edib.

Partiyanın tanınmış simalarından olan AVP sədrinin müavinləri-sabiq maliyyə naziri Fikrət Yusifov, Yalçın Hacızadə, Arzuman Abdulkərimovun namizədlikləri hələlik təsdiqlənməyib, onlarla da yaxın günlərdə qərar veriləcək.

Qeyd edək ki, AVP 1995-ci ildən parlamentdə təmsil olunur.

Hətta, 2, 3 və 4-cü çağırışlarda (2013-cü iləcən) AVP parlamentdə iki millət vəkili ilə təmsil olunub.