Aynur Məmmədovanın namizədliyi qeydə alındı

480

“Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası” ictimai Birliyin sədri,paralimpiyacı Aynur Məmmədovanın namizədliyi qeydə alınıb.Bu barədə Aynur Məmmədova özü məlumat verib. O,bildirib ki, 91 saylı Ucar Dairə Seçki Komissiyası tərəfindən namizədliyi təsdiqlənib. Bu işdə mənə dəstək olaraq, imza verdikləri üçün doğulduğum Təzə Şilyan, Məlikballı, Qazqumlaq, Müsüslü, Qaradağlı, Qaracallı kəndləri və təbii ki, Ucar şəhərinin camaatına sonsuz minnətdarlığımı çatdırıram. İmza vərəqləri ilə kənd-kənd dolaşan könüllülərə xüsusi təşəkkürlərimi bildirirəm.