İranın hava hücumundan müdafiə sistemi Ukrayna təyyarəsini qanadlı raket zənn edib

54

“İranın hava hücumundan müdafiə sistemi Ukrayna təyyarəsini qanadlı raketlə səhv salıb”. SosialMedia.az-ın İran bürosunun xəbərinə görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi kosmik qüvvələrinin komandiri Əmir Əli Hacızadə deyib.

O qeyd edib ki, HHM sistemində olan operatorlara ölkə ərazisinə qanadlı raketlərlə hücum olunduğu bildirilib: “Həmin təyyarəni qanadlı raket sanan operatorun rabitə sistemində nasazlıq olduğu üçün atəş açıb-açmamaqla bağlı 10 saniyə içində qərar verməli olub. Təəssüf ki, pis qərar verib”.

Bununla yanaşı, komandir qeyd edib ki, İran hərbi qüvvələri İraqdakı Amerika bazasına zərbələr zamanı mülki hava nəqliyyatının dayandırılmasını istəyib, lakin bu tələb yerinə yetirilməyib.