Sabahın hava proqnozu

120

Yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SosialMedia.az-a verilən xəbərə görə, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu  gecə 2-5° isti, gündüz  7-11° isti, Bakıda  gecə 3-5° isti, gündüz  8-10° isti olacaq. Atmosfer  təzyiqi  normadan yüksək 769 mm  civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 70-80%, gündüz  50-55% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək  isti, gündüz  7-12°  isti, dağlarda gecə 3-8° şaxta, gündüz  3° şaxtadan 2°-dək isti olacaq.