Sabah hava küləkli olacaq, yağış yağacaq

175

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SosialMedia.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb  küləyi əsəcək.

Havanın temperaturu  gecə 2-5° isti, gündüz 6-8° isti, Bakıda  gecə 3-5° isti, gündüz  6-8° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 762 mm  civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 % olacaq.   

Yanvarın 13-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz  6-11°  isti, dağlarda gecə 3-8° şaxta, gündüz  3° şaxtadan 2°-dək  isti olacaq.