Dövlət şifarişi əsasında neçə nəfərə güzəştli mənzilin verilməsi planlaşdırılıb? – RƏSMİ

196

Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq MİDA tərəfindən dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən müvafiq proqramlar çərçivəsində, həmçinin dövlət orqanları, təşkilatları və müəssisələrinin işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması, sosial məişət problemlərinin həlli məqsədilə binaların tikintisi həyata keçirilir.

SosialMedia.az məlumat verir ki, bu barədə qurumun ötən ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş iclasında bildirilib. Qeyd edilib ki, bu istiqamətdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Prezidentin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli fərmanına əsasən yaradılmış Komissiyanın Azərbaycan ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi ilə bağlı müraciətinə uyğun olaraq 2019-cu ildə agentlik tərəfindən Hövsan Yaşayış Kompleksində 436 mənzil ayrılıb.

Əlavə edilib ki, bu ikinci dövlət sifarişi layihəsidir. Bundan öncə agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin ərazisində 77 mənzil Dövlət Sifarişi əsasında vətəndaşlara təqdim edilib.