Bakıda kişini döyərək ağır xəsarət yetiriblər

144

Bakıda Dövlət Neft Akademiyasının qarşısında 49 yaşlı kişini döyərək ona sınıq xəsarətləri yetiriblər.

SosialMedia.az xəbər verir ki, hadisə Azadlıq prospektində baş verib.

1971-ci il təvəllüdlü Hüseynov Faiq Məhəmməd oğlu iki nəfərlə əlbəyaxa dava edib.

O döyülərək ağır xəsarət alıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxananın növbətçi həkiminin SosialMedia.az-a verdiyi məlumata görə, F.Hüseynov qapalı kəllə-beyin travması, döş qəfəsinin əziyi, qabırğalarının sınığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən araşdırılır.