Deputatlığa namizəd “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin həmtəsisçisi və sədri Kamil Həmidov

795

Hər bir Ağsu sakininə “Sənin də yaxşı yaşamaq haqqın var!”devizi ilə xitab edən psixoloq Kamil Həmidov haqqında qısa məlumat.

“Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin həmtəsisçisi və sədri Kamil Həmidov öz təşəbbüsü ilə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdür.

O, eyni zamanda Bakı Dövlət Universitetinin “Gender və tətbiqi psixologiya” kafedrasının əməkdaşıdır. Müasir Psixologiya Mərkəzində isə praktik psixoloq olaraq fəaliyyət göstərir.

Kamil Həmidov hələ tələbəlik illərindən icitimai fəaliyyətlə məşğuldur. Belə ki, o, Azərbaycanın ilk müstəqil tələbə təşkilatı “Tələbə klubu”nun qurucularındandır. Daha sonra Azərbaycan Təfəkkür Gənclər Assosiasiyasının sədr müavini olaraq fəaliyyət göstərmişdir. Xaricdə iştirak etdiyi konfrans, treninq və seminarlardan topladığı təcrübəni ölkəmizdə milli maraqlarımızı nəzərə almaqla tətbiq etmiş, yerli layihələrə imza atmışdır.

Kamil Həmidovun ictimai fəaliyyəti dövlətin, cənab Prezidentin yürütdüyü siyasətə, xüsusilə gənclər siyasətinə dəstək xarakteri daşıyır. Sədri olduğu “Addım” GİM tərəfindən gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə onlarla sənədli film və animasiya çarxları hazırlanmışdır.

2018-ci ilin avqustundan isə Azərbaycanda ilk dəfə qrupşəkilli biblioterapiyaların tətbiqi ilə bir ilkə imza atmışdır. O zamandan etibarən müəllifi olduğu proqram xarakterli “Kitabla Terapiya” layihəsi çərçivəsində gənclər, yeniyetmələr, valideynlər üçün hər həftə qrupşəkilli biblioterapiyalar, poeziya terapiyaları keçirilir. Hazırda dünyada geniş yayılan Playback teatrının  “oxucu hekayələri teatrı”na  modifikasiya edilərək ölkəmizdə də təşkilinin təşəbbüskarıdır. 4 nəfər iştirakçı ilə başlayan “Kitabla Terapiya” layihəsindən hazırda minlərlə gənc iştirakçı faydalanmışdır.

Kamil Həmidov əmindir ki, yalnız gənclik ruhu ilə qısa müddət ərzində böyük işlərə imza ataraq ağsuluları layiqli təmsil etmək mümkündür. Yeni seçiləcək millət vəkilində gənclik ruhu, yüksək təşəbbüskarlıq, vicdan və dürüstlük olarsa Ağsuya uğur gətirəcək triadını koordinasiya etməklə hər bir ağsulunu daha yaxşı yaşamaq haqqına qovuşdura bilər.

Əziz Ağsu sakini, öz həyatını dəyişmək şansından yararlanaraq doğru seçim edərək Kamil Həmidova səs ver!