Nəsimi Qarabağlı: Tərəqqi və İnkişafa doğru, İslahatlara Davam!

1261

Əziz 83 SAYLI AĞCABƏDİ-FÜZULİ SEÇKİ DAİRƏSİNİN SEÇİCİLƏRi

ƏZİZ VƏ DƏYƏRLİ SEÇİCİLƏRİM!

Qarşıdan 9 FEVRAL – MİLLİ MƏCLİSƏ SEÇKİLƏR GÜNÜ GƏLİR.

Mən, Həsənov Nəsimi Novruz oğlu (Nəsimi Qarabağlı) bu seçkidə üzümü Sizlərə tutaraq sosial mənşəyində və siyasi baxışlarından aslı olmayaraq, kişi-qadın, yaşlı-cavan, varlı-kasıb, fəhlə, ziyalı demədən SİZLƏRİN- 83 saylı AĞCABƏDİ-FÜZULİ SEÇKİ DAİRƏSİNİN BÜTÜN SEÇİCİLƏRiNİN yanında olmaq, SİZLƏRLƏ birgə qayğılandırılan məsələlərdən və dahada yaxşı, rifah içində yaşamaq üçün Milli Məclisdə VƏKİLİNİZ olaraq, SİZİN hər birinizin o mötəbər və məsuliyyətli kürsüdə layiqincə təmsil edərək, SİZLƏR üçün doğma biri olmaq üçün gəlmişəm. Mən hər bir işlərinizdə, istər xeyir istərsədə qəmli günlərinizdə yanınızda olmaq üçün gəlmişəm.

Gələcək günlərdədə SİZLƏRLƏ tez-tez görüşərək, SİZİ narahat edən problemləri və təkliflərinizi məhz SİZİN özünüzdən canlı olaraq eşidərək istər Milli Məclis səviyyəsində, istərsədə digər aiddiyatlı orqanların köməyi ilə həll ediməsində əlimdən gələni əsirgəmiyəcəyəm.

Bəzən elə asan və primitiv məsələlərə ögey və laqeyd münasibət sərgilənir ki, asanlıqla həll edilə biləcək problem və ya qaldırılan məsələlər biganəlik nəticəsində həll edilməmiş olur. Bunun nəticəsində də, yersiz narazılıqlar yaranır. Halbu ki, vaxtında və doğma, birlik şəklində qurulan münasibət olduqda istənilən maneələri dəf edib uğurlu nailiyyətlərə imza atmaq olar! Və məhz bunun nəticəsində də, narazılıqlar aradan qaldırılaraq, Xalq və Dövlət münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etmiş olur. Əlbətdəki, qurulan və yaradılan münasibətlər sağlam təfəkkürə, milli ideologiyaya, möhkəm dövlətçilik prinsiplərinə söykənməlidir. Əsas olan, Sənə verilən SƏSİ və ETİMADI doğruldasan!

09 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkilərin əvvəlki seçkilərdən əsas fərqi o olacaq ki, bu seçkilər Ölkəmizin dahada irəliləyərək keçid dövrünü arxada qoyaraq, hər bir sahədə olduğu kimi aparılan islahatlara, tərəqqiyə və inkişafa doğru xidmət edən, Azərbaycanımızın, Dövlətimizin, Dövlətçiliyimizin daima güclənməsinə, mövcud olan problemlərin dövlət tərəfindən həll olunaraq bütün imkanların səfərbər edilərək artacağı və dahada işlək bir parlamentin olmasıyla fərqlənəcək. Elə bu səbəbdən də, BU SEÇKİLƏRƏ DAHA BÖYÜK İNAMLA GEDƏRƏK QATILMIŞAM!

Hər bir seçici və namizəd bilməlidir ki, ölkə vətəndaşlarının gündəlik düşündürən məsələləri, onların normal həyat şəraitinin olması və rifah halında yaşamaları Qanunverici orqan olan-Milli Məclisindən, bir başa orda qəbul edilən qanunlardan asılıdır.

O üzdən hər bir namizəd seçicilərin yanında 5 ildən bir yox, mütəmadi olaraq görüşməli, onların verdikləri təklif və qaldırdıqları məsələlərə doğma münasibət bildirərək, həll olmasına dair fəaliyyət göstərməlidir. Bir sözlə, Millət vəkili sözün həqiqi mənasında seçicilərin-Millətin Vəkili olmalı, onların daima HAQQ bağıran səsləri olmalıdır. Belə olan halda Xalq və Dövlət münasibətlərinində ən üst qatı müsbət mənada möhkəmlənməkdə davam edər.

Etimad göstərilmiş ,yalnız bir neçə dəfələrlə etimadını doğrultmayan yalançı deputat-namizədlərin hər dəfəsində seçicilərə üzünü tutaraq nə vədd edəcəyi və gördüyü hansı işlərdən, fəaliyyətindən danışacağı maraqlı olduğu kimi, mənimdə SİZ seçicilərimə daha əlçatan, Sizlərin yanınızda olaraq əməlli fəaliyyət göstərəcəyimə, Sizlərin hər birinizə övlad, qardaş, dost, sirdaş olacağıma, Sizlərlə birgə daha da gözəl işlərin görülməsinə, Milli Məclisdə qəbul ediləcək qanunlarda hər bir seçicinin ümumiləşdirilmiş qaydada təklif və tövsüyələrinində nəzərə alınmasına çalışacağıma söz verirəm.

Bildiyimiz kimi, namizəd olduğum dairənin seçicilərinin bir qismi məlum Qarabağ məsələlərdən dolayı, işğal edilmiş və hal-hazırda məcburi-köçkün həyatı yaşayan, Bakı şəhərində məskunlaşmış Füzuli sakinləridir.

Əlbətdə ki, ölkə başçısı kimi, bizim hər birimizin ən böyük məqsədi erməni qəsbkarlarının işğalı altında olan Dağlıq Qarabağımızı və digər işğala məruz qalan rayonlarımızı düşmən işğalından azad etməkdir. Buna görə də, hər birimiz, bütün azərbaycanlılar, o cümlədən də siz seçicilərim yorulmadan, usanmadan, əzmlə çalışmalıyıq. İşimizin keyfiyyətli nəticə verməsi üçün bizə inkişaf edən və Ölkəmizin mübarizəsinə ciddi töhfələr verməyə qadir olan cəmiyyət lazımdır! Bu məsələlərin həlli naminə xalq-dövlət birliyinin gözəl nümunəsi kimi ümumi ideyalar ətrafında birləşərək Azərbaycanımızı ən inkişaf etmiş dövlətlərdən birinə çevirəcəyimizə inanırıq.

Bu baxımdan, hər zaman ölkə başçısınında diqqətində olan və hər zaman onun tezliklə Azərbaycanın mütləq qələbəsilə həll edilməsinə çalışdığı, hər birimizi də narahat edən Qarabağ məsələsinin həllində, məcburi köçkünlərlə bağlı qaldırılan hər hansı bir məsələrdə də, Siz seçicilərimində SƏSİ olaraq işlək və ədalətli qanun və layihələrin hazırlanaraq həyata keçməsinə çalışacağam.

Odur ki, Siz seçiciləri ilk öncə seçkilərdə fəallıq edib seçkilərə qatılaraq ən layiqli namizədinizə SƏS verməyə çağırıram!!!

SƏSİM SƏSİNİZDİR!

TƏRƏQQİ VƏ İNKİŞAFA DOĞRU, İSLAHATLARA DAVAM!

Şükürlər olsun ki, bu gün Azərbaycan yüksələn xət üzrə hərtərəfli və davamlı inkişaf edir. Əlbətdə ki, bu inkişaf ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas hədəflərdəndir. Bütün bölgələrdə olduğu kimi, bu istiqamətdə Ağcabədi və ərazilərinin bir çox hissəsi hələdə işğalda olan, Füzuli rayonundada ardıcıl işlər görülmüşdür. Bildirmək istəyirəm ki, görülən işlərlə yanaşı, rayonların sosial-iqtisadi inkişafına təsir edəcək bəzi müddəalar mənim seçki platformamdada öz əksini tapmış və əsas müddəalarını təşkil edir:

  • Qarabağ əlillərinin, Veteranların, Şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olanların, əlillərin, az təminatlı və kimsəsiz insanların problemlərinin diqqət mərkəzində saxlanılması,
  • Yeni iş yerlərinin açılması,
  • Elektrik və Qaz sisteminin, su-kanalizasiya infrastrukturunun təkmilləşdirilməsi, yenidən qurulması, köhnəlmiş və təhlükə yaradan elektrik dirəklərinin yenilənməsi, qəsəbə və kənd yollarının işıqlandırılması,
  • Yeni səhiyyə obyektlərinin tikintisi və səhiyyə müəssisələrinin müasirləşdirilməsi,
  • Təhsil müəssisələrinin təmiri və yenidən qurulması, əlavə təhsil müəssisələrinin inşa olunması,
  • Yerli sahibkarlığın dəstəklənməsi,
  • Gənclərin asudə vaxtının səmərəli təşkili və onların pis vərdişlərdən uzaq durmaları məqsədilə yeni klubların, mərkəzlərin və təşkilatların yaradılması,
  • Mərkəzi yolların çəkilişi ilə yanaşı, həm də qəsəbə və kənd yollarının salınması,
  • Müasir tipli yeni idman qurğularının qurulması, idmanın kütləviliyinə nail olmaq, xüsusilə də şəhər, qəsəbə və kəndlərdə futbol stadion meydançalarının bərpası və ya yenidən inşa edilməsi,
  • Ölkə daxilində gənclərin keyfiyyətli təhsil almaları ilə yanaşı, gənclərin dövlət hesabına xaricdə də təhsil almalarına, peşəkar mütəxəssis kadr olaraq vətənə dönmələri və yüksək təminatlı işlə təmin olunmaları üçün səylərin artırılması,
  • Məktəbəqədər uşaq müəssisələrinin, uşaq bağçalarının fəaliyyətinin rayon, qəsəbə və kəndlərdə bərpa edilməsi, uşaq bağçası olmayan yerlərdə isə onların yenidən yaradılması, uşaqların hərtərəfli inkişafına şəraitin yaradılması,
  • Mədəniyyət və iaşə obyektlərinin müasirləşdirilməsi,
  • Əhali arasında ümumi narazılıq yaradan müəyyən bürokratik əngəllərin və inkişafa mane olan, korrupsiya və rüşvətxorluq hallarının aradan qaldırılması məqsədilə kompleks tədbirlərin görülməsi,
  • Kənd təsərrüfatının inkişafına mane olan əngəllərin aradan qaldırılması, kənd məhsullarının asanlıqla şəhər bazarlarına daşınması tədbirlərin görülməsi, kənd təsərrrüfattının daha da inkişaf etdirilməsi məqsədilə yeni layihələrin stimullaşdırılması,
  • Təqaüdçülərin sosial təminatı məsələsi, xüsusilə ahıl insanlara qayğı göstərilməsi,
  • Seçicisi olduğum 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin seçicilərinin yaşadıqları regionun daima diqqət mərkəzində olması, yeni iş yerlərinin yaradılması məqsədilə yerli və xarici investorların regiona cəlb edilməsi və s.

Yuxarıda qeyd etdiyim bütün bu məsələlər mənim seçki platformamın əsas maddələri kimi Milli Məclisə seçkilər günü sizin etimadınızla Millət vəkili seçiləcəyim təqdirdə daima diqqət mərkəzində saxlayaraq, onların həlli üçün müntəzəm olaraq fəaliyyət göstərəcəyimə, sizlər üçün əlçatan və sözün əsil mənasında sizin səsiniz olacağam.

Daha rahat və firavan həyat naminə bir ailə kimi çalışacağıq!

Məhz Sizin vəkiliniz olaraq sizin ailənin bir üzvü qədər Sizə yaxın olacaq, Sizlərlə çiyin-çiyinə, əl-ələ verərək rayon, qəsəbə və kəndlərinizin inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.

Hər zaman Sizi eşidəcək, fikirlərinizi Milli Məclisin ali kürsüsündən səsləndirərək, qaldırılan məsələlərin həllinə çalışacağam.

Bildiyimiz kimi, parlament üzvünün əsas vəzifəsindən biri də qanunvericilik təşəbbüsü və hər kəsə faydası toxunacaq qanunların hazırlanmasıdır.

Ümid edirəm ki, yeni yaradılacaq parlament daha çox milli maraqlara xidmət edəcək, vətəndaşların, o cümlədən seçicilərin hər an yanında olan, ölkənin dahada uğurla inkişaf etməsinə, ölkə əhalisinin həyat şəraitinin yaxşılaşmasına təsir edəcək sosial-iqtisadi, elm, təhsil, hərbi-müdafiə və təhlükəsizlik məsələrinə dair işlək qanun layihələrin hazırlanmasına xidmət edəcək bir parlament olacaq. Yeni parlamentə seçiləcək millət vəkillərini, nəhayət, sözün əsil mənasında millətin vəkili olaraq fəaliyyət göstərərək, prezident İlham Əliyevində söylədiyi kimi, xalqa, millətə xidmət edəcək parlament deputatları olacaqlarına inanmaq istərdim.

Əslində, ölkə imicinin daha da yüksək olması, ölkə vətəndaşlarının sağlam və rahat mühitdə yaşamaqları, sahibkarların, orta və kiçik biznes mühitinin qurulmasından tutmuş, sağlam rəqabətin olması və s. hamısı milli məclis deputatlarının işgüzar və fəal olaraq hazırladıqları qanun layihələrindən aslıdır. Qanunlar elə işlənilib hazırlanmalıdır ki, ondan ölkədə, dövlətdə müsbət mənada faydalana bilsin. Elə olmalıdır ki, hər bir millət vəkilinin fəaliyyəti bundan belə seçicilərin yanında seçkidən-seçkiyə yox, seçicilər üçün əlçatanlığını təmin edərək onlara daha yaxın olmalıdır. Seçiləcək müddətdə seçicinin yanında olaraq real problemləri araşdıraraq təkliflər verilməli, qanun layihələri hazırlanmalıdır. Zənnimcə, yeni parlamentə seçiləcək deputatların milli təffəkkürü, sağlam intelekti və ən əsası onun vətənpərvər olması daha müsbət, millətimiz üçün daha faydalı olacaq.

Bizim hələdə həll edilməmiş Qarabağ boyda problemimiz var. Hələdə işğal altında olan torpaqlarımız və hər an onların işğaldan hökmən azad edəcəyik kimi qarşıda müqəddəs vəzifəmiz durur. Bu baxımdan yeni parlament də bu kimi vacib məsələlər birinci olmalıdır.

Məhz elə qanunlar hazırlamalıyıq ki, hər birimiz – müəllimlərimiz, həkimlərimiz, şagirdlərimiz, tələbələrimiz, təqaüdçülərimiz, bir sözlə bütün təbəqədən olan vətəndaşlarımız bundan bəhrələnsin.

İnanıram ki, etimadınız sayəsində mən Millət vəkiliniz seçilərəmsə, istər parlamentdəki qanunvericilik fəaliyyətimdə, istərsə də regional layihələrin reallaşması üçün yorulmadan çalışmağa tam hazıram və bunu öz vicdan və şərəfimlə edəcəyimə söz verirəm.

UCA ALLAH MİLLƏTİMİZİ, DÖVLƏTİMİZİ QORUSUN!

Qoy bu yaradılacaq yeni parlament millətimiz və dövlətimiz üçün xeyirli və uğurlu olsun!!!

Əmin olduğunuz namizədə SƏS verin!

Hər zaman yanınızda ola biləcək namizədə SƏS verin!

Səsim Səsinizdir!

Tərəqqi və İnkişafa doğru, İslahatlara Davam!

Hər birinizə hörmət və ehtiramla,

 83 SAYLI AĞCABƏDİ-FÜZULİ SEÇKİ DAİRƏSİNDƏN

SİZİN NAMİZƏD

 Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) prezidenti

Nəsimi Qarabağlı