Azərbaycan Gürcüstandan siqaret idxalını 3 dəfədən çox azaldıb

26

2019-cu ildə Azərbaycanın Gürcüstandan idxal etdiyi siqaretin həcmi əvvəlki illə müqayisədə 3,3 dəfə azalaraq 1 848 468 min ədəd təşkil edib.

Bu barədə SosialMedia.az-ın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Hesabat dövründə idxal edilən siqaretin ümumi dəyəri 33 192,4 min dollar təşkil edib  ki, bu da illik müqayisədə 3 dəfə azalma deməkdir.

2019-cu ildə Azərbaycanın Gürcüstandan idxal etdiyi emal edilmiş tütün və tütün əvəzedicilərinin, tütün ekstraktlarının həcmi isə 1 022,4 tona çatıb, ki bunun da dəyəri 13 432,8 min dollar təşkil edib.